Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransanın müasir qurucusu Şar de Qollun evi satılır

Britaniyanın paytaxtı Londonun elit Xampsted rayonunda Fransanın görkəmli dövlət xadimi, faşizmə qarşı müqavimət hərəkatının rəhbəri, beşinci respublikanın banisi və birinci prezident, general Şarl de Qollun XX əsrin 40-cı illərində yaşadığı evi satışa çıxarılıb.

RegionTV.info  xəbər verir ki, bu barədə “Mansion Global” bildirib.

Nəşrin məlumatına görə, nasistlər Fransanı işğal altında saxladıqda de Qoll və ailəsi 1940-cı illərdə bu evdə yaşayıblar. Qeyd edilir ki, generalın xanımı İvonna de Qoll kiçik qızını təzə yumurtalarla yedirmək üçün evin həyətində toyuq saxlayıb.

XVIII əsrin ortasında inşa edilmiş kottec 15 milyon funt məbləğində qiymətləndirilir. Sonuncu dəfə ev yarım əsr əvvəl alınıb-satılıb.

Evin ümumi sahəsi demək olar, 1,4 min kvadrat metrdir. Rieltorlar güman edirlər ki, evin alınmasına "ən müxtəlif tərəflər" yüksək maraq göstərəcək.

Şarl de Qoll İkinci Dünya müharibəsi illərində nasist Almaniyası ordusuna qarşı vuruşub, o, Londonda "Azad Fransa" təşkilatının əsasını qoyub. Böyük Britaniyada fəaliyyət generalı müqavimət hərəkatının liderlərindən biri edib.

Fransa 1944-cü ildə azad olduqdan sonra de Qoll Şarl müvəqqəti hökumətinin sədri olub, ancaq iki il sonra bu vəzifəni tərk edib və “Kolombe-le-dez-Eqliz”də malikanədə yaşamağa başlayıb. 1950-ci illərin sonlarında, ölkədə böhran dövründə de Qoll yenidən siyasətə qayıdıb və yeni konstitusiya islahatının təşəbbüskarı olub. O, bununla Beşinci respublikanın əsasını qoyub. 1959-cu ildə de Qoll Fransa prezidenti olub və on il boyunca bu postu tutub. O, 1970-ci il istefa verib və 1 il sonra ölüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də