Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ÜST koronavirusun daha bir mutasiyasını araşdırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un “Mu” mutasiyası ilə bağlı araşdırmaya başlayıb.

RegionTV.info  xəbər verir ki, bu barədə xarici mətbuatdan məlumat verilib.

Qeyd edilir ki, yeni mutasiya vaksinlərə qarşı daha davamlıdır.

“Mu” variantı, həmçinin B.1.621 kimi məşhurdur. O, təşkilatın müşahidəsi siyahısına "maraqlı variant" kimi əlavə edilib.

Yeni variant potensial immun qaçış xüsusiyyətlərinə malikdir.

İlkin məlumatlar göstərir ki, o, “beta”ya bənzər vaksinasiyadan qaça bilər, lakin mütəxəssislər bu ştamla bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər.

“Mu” mutasiyası ilk dəfə 2021-ci ilin yanvarında Kolumbiyada aşkarlanıb. Hazırda yeni ştam azı 39 ölkədə mövcuddur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də