Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Neft-qaz geologiyası kafedrasının dosenti Nəriman Nərimanov dünyasını dəyişib.
RegionTV.info xəbər verir ki, o, 82 yaşında koronavirusdan vəfat edib.
Nəriman Nərimanov neft-qaz yığımlarının axtarışı, struktur-tektonik quruluşu, geodinamik rejimi, kristallik bünövrənin neft-qaz perspektivliyi, süxurların petrofiziki xüsusiyyətləri istiqamətində elmi tədqiqatlar aparıb.
O, 93 məqalə, 18 tezis, 2 dərslik, 9 metodik göstərişin müəllifi olub.
Xəbəri paylaş