Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sahil Babayev: “Sosial ödəniş alan vətəndaşların sayı 160 min nəfər artıb”

“Əgər 3 il öncə ilə müqayisə etsək, bu gün sosial ödəniş alan vətəndaşlarımızın sayı 160 min nəfər artıb”.

RegionTV.info  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.

O, qeyd edib ki, bu, 7 %-ə yaxın artımdır: “İki milyon dörd yüz min vətəndaşımız aylıq əsasda Azərbaycan dövlətinin ödədiyi sosial ödənişləri alır. Bu məbləğ son 3 ildə 60 % artıb. 2,4 milyard manat artaraq 6 milyard manatı keçib. Çox az sayda nadir ölkə cəmi 3 illik dövrdə sosial ödənişlərin ümumi məbləğini 60 % artıra bilir. Bu, böyük nailiyyətdir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də