
RegionTV.info-nun məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov deyib.
100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı ideal nəticə göstərdiyini söyləyib: "Bu medalımı vətənimə həsr edirəm. Prezident İlham Əliyevə biz idmançılara yaxşı şərait yaratdığı üçün təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Vəli İsrafilov Azərbaycanın ən gənc paralimpiya çempionu kimi tarixə düşüb.