Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

MN: "Snayper atəşi ilə erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat yalandır"

Son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar.

RegionTV.info  xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır.

Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb.

"Bildiririk ki, Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - Müdafiə Nazirliyindən bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də