Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hərbi dənizçilərimiz "Dəniz kuboku" müsabiqəsində növbəti epizodun qalibi olublar - VİDEO

İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" beynəlxalq müsabiqəsi davam edir.
 
RegionTV.info  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, müsabiqə iştirakçıları “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.
 
Bu epizodun şərtlərinə əsasən 3000 metr məsafədən artilleriya qurğularından döyüş atışları icra olunub və tapşırığın yerinə yetirilməsi hakimlər komissiyası tərəfindən izlənilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib. Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.
 
Yekun nəticəyə əsasən, hərbi dənizçilərimiz 40 xalla birinci, İran komandası 36 xalla ikinci, Rusiya təmsilçiləri 20 xalla üçüncü, Qazaxıstan komandası isə 18 xalla dördüncü yerdə qərarlaşıblar.
 
"Dəniz kuboku" müsabiqəsində Azərbaycan HDQ-nin "G122" və "G124" gözətçi gəmiləri və 66 hərbi qulluqçusu iştirak edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də