Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Poliklinikanın qapısını sındıran şəxs qazi deyil - RƏSMİ/VİDEO

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında poliklinikaların birinin şüşə qapısını sındıraraq 3 həkimə xəsarət yetirən şəxslə bağlı araşdırmaya başlayıb.
 

RegionTV.info  xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin şəxsin Birinci Qarabağ müharibəsində döyüşməsi ilə bağlı dedikləri yalandır: “Həmin şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. 1994-cü ildə atəşkəs imzalananda onun 16 yaşı olub. Bu o deməkdir ki, həmin şəxs heç bir müharibənin qazisi deyil, yalan danışır.
 
Onun törətdiyi əməllə bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də