Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hulusi Akar: “Azərbaycanda, Liviyada, Qətərdə və başqa coğrafiyalarda sülhə töhfə veririk”

“Azərbaycanda, Liviyada, Qətərdə və başqa coğrafiyalarda sülhə töhfə veririk”.

RegionTV.info  xəbər verir ki, xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Əfqanıstandan təxliyə işlərini həyata keçirmiş ekipaj üzvləri üçün Kayseridə keçirilmiş qarşılama mərasimində çıxışı zamanı söyləyib.

“Biz bu işləri görərkən qonşularımızın suverenliyinə, haqq və hüquqlarına, sərhədlərinə hörmətlə yanaşırıq. Bizim tək məqsədimiz xalqımızın, ölkəmizin təhlükəsizliyidir və bunun üçün çalışırıq. Türk Silahlı Qüvvələri NATO, BMT, Aİ, ATƏT missiyaları ilə ikitərəfli münasibətlər çərçivəsində Azəbaycanda, Liviyada, Qətərdə, Somalidə, Bosniya və Herseqovinada, Kosovada və başqa coğrafiyalarda dünya, region sülhünə töhfə verir, dost və qardaş ölkələrin haqlı mübarizələrini dəstəkləyir”, - o qeyd edib.

H.Akar təxliyə prosesində dəstək göstərmiş tərəflərə təşəkkür edib: “Təxliyə prosesi zamanı Türk Silahlı Qüvvələrinə dəstək olan yerli personala, ABŞ, Böyük Britaniya, Almaniya başda olmaqla, təyyarə ayrılması və digər lazımi dəstəyi təmin edən NATO müttəfiqlərimizə, səmimi əməkdaşlığa görə Pakistan və Tacikistana təşəkkür edirəm. Xüsusilə Kabildə birlikdə xidmət edən qəhrəman və can qardaşımız Azərbaycan əsgərlərinə, təxliyə prosesində başda XİN və DİN olmaqla, digər nazirliklərimizə əməkdaşlığa görə təşəkkür edirəm”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də