Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda peyvənd olunmaq istəyən ər-arvad poliklinikanın şüşəsini sındırıb, 3 həkimə xəsarət yetirib - FOTO/VİDEO

Səhiyyə Nazirliyi Bakıda vaksin olunmaq istəyən vətəndaşın poliklinikanın qapısının şüşəsini sındırması ilə bağlı açıqlama verib.

RegionTV.info  xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə avqustun 31-də axşam saat 18:40 radələrində baş verib.

"Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı poliklinikanın qapısını sındıraraq içəri daxil olub və 3 həkimə xəsarət yetirib. Faktla bağlı artıq hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub", - məlumatda qeyd edilib.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də