Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Poliklinikada maska taxmayan qeydiyyatçılar cərimələnib

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.

RegionTV.info-nun məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.

Qeyd edək ki, poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də