Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ölümdən dönən Doğuş yeni qərar verdi

Ötən gün məşhur müğənni Doğuş ölüm təhlükəsi ilə üzləşib. Bu haqda yayılan xəbərlər Türkiyə ilə yanaşı yerli mətbuatın da gündəmini zəbt edib.

RegionTV.info  xəbər verir ki, Doğuş dünən baş verənlərlə bağlı sosial şəbəkədə paylaşım edib.

Sənətçi şəxsi instaqram hesabında qısa status yazıb: “Əlbəttə, özümüzü 20 yaşındakı kimi hiss etməməliyik. Bu gündən qərar verdim. Bol-bol məşq etdiyim günlərimə qayıdacam”.

Xatırladaq ki, ötən gün ifaçı ailəsilə birlikdə gəmiylə gəzintiyə çıxıb. Doğuş oksigen balonu olmadan dənizə dalıb. Sənətçinin uzun müddət üzə çıxmadığını görən gəmi kapitanı suya atılaraq onu xilas edib. O, hər ehtimala qarşı dərhal xəstəxanaya yerləşdirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də