Samux rayonunda həmyerlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dünən axşam saatlarında rayonun Ziyadlı kəndində 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov
mübahisə zəminində doşqəfəsindən bıçaqlanıb.
Aparılan araşdırmalar nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


