Lənkəranda heroin və metamfetaminin dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildiirlib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri O.Rəhimov, X.Məmmədov, H.Əliyev, V.Abbasov, R.Əliyev, E.Əskərov və K.Babazadə tutulublarş
Keçirilən baxış zamanı onların hər birinin üzərindən hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərdən E.Əskərovun həmçinin Lənkəran rayonu ərazisində bir avtomobildən 75 manat pul və sənədlər olan əl çantasını oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Xəbəri paylaş