Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Açıq havada olan masalarda əyləşmək üçün COVİD-pasportu tələb edilə bilməz”

“Bu gündən COVİD-pasportlarla bağlı Konstitutsiyaya zidd, vətəndaşların bərabərlik hüququnu pozan qaydalar qüvvəyə minib. Tam əminəm ki, bu mənasız qaydalar tezliklə ləğv ediləcək, hələ ki, qüvvədədir, heç olmasa, qaydalara doğru əməl edilməsini tələb edək”.
 
RegionTV.info-nun xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 
N.Cəfərli bildirib ki, kafe və restoranların yalnız qapalı hissələrində COVİD-pasportu tələb edilə bilər: “Açıq havada olan masalarda əyləşmək üçün bu mənasız tələb qoyula bilməz! Hüquqi prosedur başlamışıq, bu qayda ilə bağlı Konstitutsiya Məhkəməsinə sorğu verəcəyik, görək necə izah edəcəklər. Belə bir müraciət hüquq üçün, tarix üçün lazımdır...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də