
RegionTV.info xəbər verir ki, Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sahillərinə doğru hərəkətə məcbur edilmiş rezin qayıqlardakı 166 miqrant sahilə çıxarılıb.
Bildirilib ki, İzmirin Seferhisar, Dikili və Çeşme bölgələrinin sahil-mühafizə xidməti tərəfindən xilas edilmiş miqrantlara ilkin zəruri yardım göstərilib.
Miqrantlar daha sonra hüquqi prosedurların həyata keçirilməsi üçün miqrasiya idarəsinə aparılıb.