Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan: “Heç kim Türkiyəni oyundan çıxara bilməz"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universiteti nəzdində Dəniz və Hərbi-Hava Akademiyasının məzunlarına diplomların təqdim edilməsi mərasimində çıxış edib.
 

RegionTV.info  xəbər verir ki, o, Türkiyənin uğurlu inkişafına mane olmaq üçün müəyyən dairələrin niyyətlərinin perspektivsiz olduğunu bir daha bəyan edib.
 
Dövlət başçısı qeyd edib ki, 2023-cü ilin rəmzi olan böyük və güclü Türkiyənin inşasına heç kim mane ola bilməz.
 
Ərdoğanın sözlərinə görə, ölkəni destabilizə etmək, türk xalqının birliyini pozmaq, gücünü zəiflətmək və Türkiyə dövlətinin nüfuzuna kölgə salmaq cəhdlərinin məqsədi yenidən “Türkiyəni oyundan çıxarmaqdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də