
RegionTV.info xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden çıxışı zamanı deyib.
“Real seçim ya çəkilmək, ya da vəziyyətin gərginləşdiyini görmək idi. Sonsuz müharibəni uzatmaq və qoşunların geri çəkilməsini qeyri-müəyyən müddətə təxirə salmaq fikrində deyildim. Ordunun Əfqanıstandan çıxarılması qərarı doğru, müdrik və ən doğru qərar idi. Əfqanıstanda müharibənin üçüncü on il də davam etməsini istəyənlərdən soruşuram: Bizim milli maraqlarımız nədir? Mənə görə yalnız bir şey – Əfqanıstan bir daha ABŞ-a hücum üçün platforma olmasın. Başqa marağımız yoxdur və biz hələ 10 il əvvəl hədəfimizə çatdıq”, - deyə Bayden qeyd edib.