
RegionTV.info xəbər verir ki, bu barədə Rusiya mətbuatından bildirlib.
Bayden bildirib ki, təxliyə zamanı 13 amerikalı əsgər həlak olub, daha 20-i yaralanıb.
Onun sözlərinə görə, qoşunların çıxarılması və təxliyə edilməsi əməliyyatı müharibə deyil, mərhəmət missiyası idi.
ABŞ Prezidenti ordunun Əfqanıstandan çəkilməsini uğurlu bir missiya adlandırıb:
"Dünən gecə ABŞ 20 illik Əfqanıstan müharibəsinə son verdi. Amerika tarixində ən uzun müharibə, tarixdəki ən böyük hava təxliyəsi əməliyyatını tamamladıq".