ABŞ-ın 2011-ci ildə öldürdüyünü elan etdiyi Doktor Amin al Hakın Əfqanıstana qayıtdığını əks etdirən video yayılıb.
RegionTV.info xəbər verir ki, Əl-Qaidə terror təşkilatının lideri CC ən yaxın silahdaşlarından olan Doktor Aminin ölkəyə “Taliban”ın təhlükəsizliyi altında daxil olması diqqət çəkib. Görüntülər Nəngəhar vilayətində çəkildiyi irəli sürülür. Rəsmi dairələr hələlik hadisə barədə açıqlama verməyib.
Qeyd edək ki, ABŞ 2001-ci ildə Əfqanıstanı ələ keçirəndən sonra Doktor və bir neçə terrorçu Pakistana qaçmışdı. Onun Usame Bin Ladinin məhv edildiyi bölgədə gizləndiyi irəli sürülmüşdü. 2011-ci ildə hava zərbələri nəticəsində Doktor Amin al Hakın məhv edildiyi açıqlanmışdı.
[media=https://youtu.be/Ntd1HNNyzt0]
Xəbəri paylaş