Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tokio-2020: Azərbaycanın 3 paralimpiyaçısı qüvvəsini sınayacaq

Bu gün Azərbaycanın 3 təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

RegionTV.info-nun məlumatına görə, qadınların 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında Dana Şandıbina, kişilərdə isə Vəli İsrafilov qüvvəsini sınayacaq. Şandıbina Bakı vaxtı ilə saat 05:40-da təsnifatda, İsrafilov isə 06:03-də final mərhələsində mübarizəyə start verəcək.

Son olaraq para-atlet Elmir Cəbrayılov 400 metr məsafəyə qaçışda medal qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 15:12-də start xəttinə yaxınlaşacaq.

Qeyd edək ki, hazırda aktivində 10 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb. Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də