Gəncə şəhərində 17 yaşlı oğlan intihar edib.
RegionTV.info-nun məlumatına görə, hadisə Hacıkənd qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü E.Məmmədov yaşadığı evin həyətində ağacdan özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. İntiharın səbəbi hələ ki, məlum deyil. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş