
RegionTV.info xəbər verir ki, danışıqların gündəliyindəki mövzular barədə danışan Rusiya XİN rəhbəri təkcə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunmayacağını qeyd edib: “Danışıqlarda beynəlxalq mövzular əhəmiyyətli yer tutacaq. Qarabağ mövzusu da ayrıca bir mövzudur. Burada bir sıra məsələlər var ki, birbaşa 3 ölkə rəhbəri arasında müzakirə olunub. Rusiyanın sülhməramlı kontingentinin müzakirəsi də böyük rol oynayır. Bundan başqa, regionda kommunikasiyaların açılması mövzusu da müzakirə olunacaq”.