Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevirdə üç sahibkar barəsində protokol tərtib edilib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə su anbarı yaxınlığında yerləşən ictimai iaşə müəssisələrində müvafiq yoxlamalar keçirilib.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən yoxlamalar zamanı bəzi obyekt sahibləri tərəfindən sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar onlarla maarifləndirici söhbətlər aparılıb və üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq aidiyyatı üzrə Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.








Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də