Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Təcili tibbi yardım üçün işçi axtarılır

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına işə qəbulla bağlı elan verilib.

RegionTV.info  xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

Tələb olunan sənədlər:

- Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)

- Şəxsiyyət vəsiqəsi

- Diplom

- İnternatura vəsiqəsi

- Sertifikat

- Əmək kitabçası

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də