Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çingiz Abdullayev koronavirusa yoluxmaq məsələsinə aydınlıq gətirdi - YENİLƏNİB

RegionTV.info
Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxması xəbərlərinə şəxsi feysbuk hesabında münasibət bildirib:

“Səkkiz gün əvvəl koronavirusa yoluxdum. Ən təhlükəli “Delta” variantına. Başım ağrıyırdı, titrətməm var idi”.

O, vaksin vurdurmayanlara səslənənərək deyib ki, ən vacib məqam dörd ay əvvəl peyvəndin hər iki dozasını vurdurmağı və Avropadan sifariş edilən dərmanları və vitaminləri qəbul etməyidir:

“Nəticədə xəstəliyi, demək olar ki, hiss etmədim. Amma, təbii ki, karantində oldum. Saturasiyam 97-98 səviyyəsində idi. Temperaturum və öskürəyim olmadı. Demək olar ki, bütün qoxuları hiss edirdim”.

Abdullayev bütün bunları peyvəndlə əlaqələndirir və hamını vaksin vurdurmağa çağırır.

“Həyatım boyu bir dəfə də siqaret çəkməmişəm, demək olar ki, spirtli içki qəbul etmirəm, gəncliyimdə idmanla çox məşğul olmuşam.

Adətən, futbola üç-dörd saat vaxt ayırıram. Bu artıq sağlamlıq məsələsidir. Xəstə ola bilərsiniz, amma bu, ölməyə rəvac vermir.

Piylənmə də təsir edə bilər. 1.87 boyla uzun illər 94-97 kiloqram çəkidə olmuşam. Heç kim demir ki, xəstələnməyəcəksiniz.

Bu infeksiya hər kəsi yoluxdura bilər. Amma ölmək mütləq deyil. Həm də xəstəliyi ağır keçirmək də dözülməzdir. Qayğınıza görə hamınıza təşəkkür edirəm. Sağlam olun!” - deyə o feysbuk hesabında yazıb.

***12:21

Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxub.


RegionTV.info  xəbər verir ki, yazarın sözlərinə görə, hazırda o xəstəxanaların birində müalicə alır. Vəziyyəti sabitdir.

Məlumat üçün bildirək ki, Xalq yazıçısı əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb. 1984-1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub.

Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub.

Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professorudur. H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib.

Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan yazar 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir.

Rus dilində yazıb-yaradır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb.

194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıdıb.

Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunub. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də