Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirus hamilələr üçün hansı riskləri yaradır? - AÇIQLAMA

Vaksinasiya prosesinin sürətləndiyi bir dövrdə ailə qurmağı və ya övlad sahibi olmağı planlaşdıran insanları koronavirus əleyhinə peyvəndin təsir imkanları maraqlandırır. Bəzi insanlar vaksinin doğulacaq körpənin sağlamlığına mənfi təsir etdiyini düşünürlər.

RegionTV.info  xəbər verir ki, infeksionist Hicran Xıdırova vaksinin sonsuzluğa və ya doğulacaq uşağın zərər görməsinə səbəb olma ehtimallarını rədd edir.

Həkim ana olmağa hazırlaşan qadınları nəinki peyvənd vurdurmaqdan qorxmamağa çağırır, əksinə, onların digərlərinə nisbətən bu prosesə daha həvəslə qoşulmalı olduqlarını deyir. Çünki vaksin yox, məhz koronavirus hamiləlik üçün risk yaradır.

Müsahibimiz övlad sahibi olmağı planlaşdıran insanları əmin edir ki, bütün peyvəndlər kimi koronavirus əleyhinə olan vaksin də immunitet formalaşdırır və bunun sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də