Gürcüstanda ictimai nəqliyyatın işinə tətbiq olunan məhdudiyyətin müddəti sentyabrın 13-dək uzadılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.
Qərar epidemioloji vəziyyətin təhlilindən sonra qəbul olunub.
Qeyd edək ki, qonşu ölkədə metro və sərnişin avtobusları avqustun 14-dən fəaliyyət göstərmir. Müvafiq qərar sentyabrın 4-dək qüvvədə qalmalı idi.
Xəbəri paylaş