Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həkimdən xəbərdarlıq: Bu halda məhdudiyyətlər olacaq - VİDEO

Koronavirusa yoluxmuş aktiv xəstə sayı 60 mini ötsə, müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

RegionTV.info  xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib.

O bildirib ki, aktiv xəstə sayının 60 mini ötməsi səhiyyə sistemi üçün ciddi yük olar:

“Artıq neçə gündür ki, yoluxma sayında ciddi artım müşahidə olunmur. Rəqəmlər 3700 - 4165 arasında dəyişir. Bu, heç bir məhdudlaşdırıcı tədbir görülmədən baş verib. Bir müddət sonra yoluxma sayı azalarsa, bu, o deməkdir ki, bundan sonra ciddi məhdudiyyətlərə getməyəcəyik.

Lakin aktiv xəstə sayı 60 min nəfəri ötərsə, müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalacaqlar. Çünki səhiyyə sistemi artıq bütün həcmini doldurur. Burada iki ssenari var. Biricisi odur ki, bu say öz-özünə düşməyə başlayacaq və gündəlik 4 000-dən aşağı rəqəmlər görməyə başlayacağıq.

Bu zaman rahat olacağıq və peyvəndlənmə prosesi də sürətlənəcək. İkincisi isə odur ki, yoluxma sayında azalma görməsək və aktiv xəstə sayı 60 mini ötsə, səhiyyə sistemimizin üzərinə ciddi yük düşər və müəyyən məhdudiyyətlər gündəmə gələ bilər. Açıq havada maska taxılması qadağası, toy şənliklərinə, yığıncaqlara və restoranların fəaliyyətinə müəyyən məhdudiyyətlər gətirilə bilər. Tamamilə qapanma və SMS-icazənin tətbiq olunacağına isə inanmıram”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də