Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

UEFA Gənclər Liqası: "Qəbələ"nin rəqibi müəyyənləşir

Bu gün UEFA Gənclər Liqasında Çempionlar Yolunun l mərhələsinin püşkatması keçiriləcək.

RegionTV.info-nun məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Püşkatmada Azərbaycan təmsilçisi "Qəbələ"nin də rəqibi bəlli olacaq.

Çempionlar yolunda 32 iştirakçı 16 cüt təşkil edəcək.

“Qəbələ” ilə yanaşı, "Deportivo La Korunya” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (İtaliya), "Anje" (Fransa), "Genk" (Belçika), “AZ” (Niderland), "Trabzonspor" (Türkiyə), "Midtüllan" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Praqa, Çexiya), APOEL (Kipr), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), "Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rusenborq" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Septemvri" (Sofiya, Bolqarıstan) “Csikszereda" (Rumıniya), "Poqon" (Polşa), "Jilina" (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Macarıstan), "Jalgiris" (Litva), "Akademiya" (Albaniya), “Dauqavpils” (Latviya), “Şkendiya” (Şimali Makedoniya), “Zvezda” (Bosniya və Herseqovina), “Sent Patriks” (İrlandiya) turnirdə mübarizə aparacaq.

l mərhələnin oyunları sentyabrın 29-da, cavab görüşləri isə oktyabrın 20-də baş tutacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. "Qəbələ" ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmalı idi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də