Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəlilabad RMX yenidən koronavirus xəstəxanasına çevrilib

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar karantin xəstəxanasına çevrilib.

RegionTV.info-nun məlumatına görə, müvafiq tapşırığa əsasən, tibb müəssisəsi yenidən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

Artıq xəstəxanada uyğunlaşma prosesi başa çatmaq üzrədir. Xəstəxanada fəaliyyət göstərən müvafiq şöbələr ətrafdakı tibb ocaqlarına köçürülüb.

Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası bundan öncə bir neçə dəfə də koronavirus xəstələrinə xidmət göstərib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də