Əfqanıstanda “Taliban” silahlıları ötən gecə iki istiqamətdə Pəncşir vadisinə hücum edib.
RegionTV.info xəbər verir ki, bu barədə “taliblər” əleyhinə milli müqavimət cəbhəsinə istinadən yerli KİV bildirib.
"Taliblər iki istiqamətdə - Baqlan əyalətində Andarob vadisi, həmçinin Cabal-üs-Sirac şəhəri istiqamətində ön cəbhə postlarına hücüm etdilər. “Taliblər”in hücumu xüsusi çətinlik olmadan dəf edilib", - mənbə bildirib.
Onun sözlərinə görə, “taliblər” Andarob istiqamətində 85 nəfər itki veriblər, həmçinin 108 nəfər yaralanıb. Cabal-üs-Sirac istiqamətində döyüşlərdə isə “Taliban”ın 12 silahlısı öldürülüb, 26 nəfər yaralanıb.
Mənbə qeyd edib ki, Pəncirin müdafiəçiləri arasında da yaralılar var.
“Taliblər” hələlik xəbəri şərh etməyiblər.
Xəbəri paylaş