Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pentaqon Əfqanıstandakı İŞİD döyüşçülərinin sayını açıqlayıb

İŞİD terror qruplaşmasının minlərlə döyüşçüsü Əfqanıstandadır.

RegionTV.info  xəbər verir ki, bu barədə Pentaqon rəsmisi, ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi bildirib.

"İŞİD-in azı 2 000 radikal döyüşçüsü indi Əfqanıstandadır", - Makkenzi keçirdiyi brifinqində bildirib.

General həmçinin bundan əvvəl ABŞ-ın bütün hərbçilərinin Əfqanıstanı tərk etdiyini xəbər verib. O, bildirib ki, bununla da Birləşmiş Ştatların Əfqanıstandakı missiyası başa çatıb.

Daha əvvəl ABŞ prezidenti Cozef Bayden, habelə Birləşmiş Ştatların digər dövlət rəsmiləri də Əfqanıstanda İŞİD təhlükəsinin artdığını açıqlayıblar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də