Bütün xarici hərbçilər Əfqanıstan ərazisini tərk ediblər, ölkə indi tamamilə "Taliban"ın nəzarəti altındadır.
RegionTV.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə hərəkatın siyasi bürosunun rəsmi nümayəndəsi Məhəmməd Naim bildirib.
"Bəli, sonuncu əcnəbi hərbi qulluqçu Əfqanıstanın ərazisini tərk etdi. İndi ölkənin bütün ərazisi "Taliban"ın nəzarəti altındadır. İndi dövlətimiz azad və müstəqil oldu", - Naim deyib.
Qeyd edcək ki, "Taliban" dəfələrlə ABŞ-ın və müttəfiqlərini öz kontingentlərini avqustun 31-dək Əfqanıstandan çıxarılması tələbi ilə çıxış edib. Daha əvvəl Pentaqon ABŞ-ın bütün hərbi qulluqçularının Əfqanıstanı tərk etdiyini açıqlayıb.
Xəbəri paylaş