
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
“Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə 6, “Fırat Kalkanı” əməliyyatının keçirildiyi bölgədə isə 1 terrorçu olmaqla, ümumilikdə 7 PKK/YPG terrorçusunun məhv edildiyi bildirilib.