Əslən Kəlbəcərdən olan 108 yaşlı Xeyransa nənənin neçə ildir ki, gözü yolda, qulağı səsdədir. O Kəlbəcərə, öz ata-baba yurduna qayıdacağı günü səbrsizliklə gözləyir.
108 yaşlı Xeyransa Baxşəliyeva “Kəlbəcərin azad olunduğunu eşidəndə nə edəcəksiniz?” sualına- “Ömrüm çoxdur, ömrüm bir az da artacaq. Günü-gündən yaxşı olacam, nəvələrim, nəticələrim hamısı başıma yığışacaq. Hamısı yanımda olacaq, onda dərdim azalacaq”.