Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Baş nazir: “Gürcüstanda epidemioloji vəziyyət sabitləşir”

“Gürcüstanda epidemioloji vəziyyət sabitləşməyə doğru gedir”.

RegionTV.info  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

O, vəziyyətdən əsas çıxış yolunun vaksinasiya olduğunu bildirib:

“Biz hamını peyvənd vurdurmağa çağırmalıyıq. Əsas vəzifəmiz sentyabr ayının sonuna qədər vaksinasiyadan keçən vətəndaşların sayının 2 milyon nəfərə çatdırmaqdır”.

Qeyd edək ki, hazırkı dövrədək qonşu ölkədə 1 164 402 nəfərə vaksin vurulub. Onların 780 948-i (27,3 %) bir doza, 383 454-ü (13,4 %) isə hər iki dozanı qəbul edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də