Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının bir neçə üzvü Bakıya qayıdıb.
RegionTV.info-nun məlumatına görə, qızıl medal qazanan paracüdoçular Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də 7-ci yerlə kifayətlənməli olan Bəsti Səfərovanı (52 nkq) Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti və yaxınları qarşılayıb.
Xəbəri paylaş