Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çörəkbişirmə sexindəki partlayışla bağlı cinayət işi açılıb

Avqustun 29-u saat 23:50-də Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində partlayış baş verməsi nəticəsində 1 nəfər şəxsin ölməsi barədə şəhər Prokurorluğuna məlumat daxil olub.

RegionTV.info  xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən sexdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində sexin yaxınlığında quraşdırılan, suyun qızdırılmasını təmin edən dəmir sobanın 60 metr uzaqlıqda olan avtomobilə dəydikdən sonra yaxınlıqda dayanan Zaur Əliyevə dəyib, sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 187.1-ci (xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də