
RegionTV.info-nun məlumatına görə, bu barədə Ağ Ev xəbər yayıb.
"Bu gün prezident Cozef R. Bayden Luiziana ştatında təbii fəlakət zonası elan edib və 26 avqust 2021-ci ildə başlayan və davam edən "İda" qasırğasından zərər çəkən ərazilərdə əyalət, yerli bərpa əməliyyatlarını tamamlamaq üçün federal yardım göstərilməsi barədə göstəriş verib", - Ağ Evin açıqlamasında deyilir.
Federal yardım müvəqqəti mənzil və ev təmiri üçün qrantlar da daxil olmaqla, fəlakət bərpasında vətəndaşlara dəstək proqramlarını əhatə edəcək.