
RegionTV.info xəbər verir ki, bu barədə “El Comercio” bildirib.
Qeyd edilir ki, sərnişin qayığı səhər tezdən Yurimaquasın Santa-Mariya kəndindən yola düşüb. Ancaq duman səbəbindən başqa qayıqla toqquşub. Qəza zamanı təxminən 50 nəfər itkin düşüb.
Hadisə yerində ölkənin Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri işləyir.
“La Republica” isə bildirib ki, hadisə zamanı mühərrikli qayıqda təxminən 80 nəfər olub. Onlardan 20-si uşaq imiş.