Goranboy rayonunda 3 yaşlı körpə itin hücumuna məruz qalıb.
RegionTV.info-nun məlumatına görə, hadisə Nizami kəndində baş verib. İt 2018-ci il təvəllüdlü N.Fərəcovaya hücüm edərək, onu dişləyib.
Azyaşlı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş