Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Şabran rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1971-ci il təvəllüdlü Nəsirova Səadət Fərrux qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş