Azərbaycanın atletika idman növü üzrə idmançısı Səid Nəcəfzadə Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.
RegionTV.info xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindənverilən məlumata görə, Səid Nəcəfzadə (T12 - uzunluğa tullama) növü üzrə 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.
Atletika idman növü üzrə digər idmançımız Kamil Əliyev ( T12 - uzunluğa tullanma) növü üzrə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.
Azərbaycanın atletika idman növü üzrə digər idmançısı Oloxan Musayev ( F55 - disk atma) növü üzrə 37.92 metr nəticə göstərərək, yarışı 7-ci pillədə başa vurub.
Xəbəri paylaş