
RegionTV.info-nun məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi bildirib.
“Taliblər” artıq Əfqanıstanın 34 əyalətindən 33-ə qubernatorları və polis rəislərini təyin ediblər. Hərəkatın nümayəndəsi yeni hökumətin heyətində qadın üzvün təmsil olunub-olunmayacağı barədə suala cavabında bildirib ki, bu barədə qərar hərəkatın rəhbərləri tərəfindən qəbul ediləcək.
"Taliban" hərəkatının nümayəndəsi Zabihulla Mücahid avqustun 22-də bildirib ki, tezliklə Əfqanıstanın yeni hökuməti elan edilə bilər.