Cəbrayıl rayonunda ikinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.
RegionTV.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatından məlumat verilib.
Qeyd edilir ki, hərbçinin şəxsiyyəti məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da Azərbaycan ərazisində qalıqları aşkarlanan itkin erməni hərbçilərin sayı 1 652 nəfərə çatıb. Axtarışlar davam edir.
Qeyd edək ki, bu, itkin sayılmış erməni hərbçilərin sayıdır.
Xəbəri paylaş