Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Konqoda silahlılar 19 dinc sakini qətlə yetiriblər

Konqo Demokratik Respublikasının şərqində azı 19 insan "Demokratik Qüvvələr İttifaqı" (ADS) terror qruplaşmasının silahlıları tərəfindən öldürülüb.

RegionTV.info  xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndəsi Kakule Kalunqauya istinadən AFP agentliyi bildirib.

"Şimali Kivu əyalətinin Kasanzi kəndinin 19 sakini öldürülüb", - o bildirib. Qeyd edilir ki, hücum avqustun 27-də edilib. Həlak olanların meyitləri şənbə günü ərazidə işləyən Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin əməkdaşları tərəfindən aşkarlanıb. Əyalət hakimiyyəti bildirib ki, hücum ADS üzvləri tərəfindən həyata keçirilib.

Bu, terrorçuların həmin əyalətdə son vaxtlar törətdikləri növbəti qətliamlardan biridir. Avqustun 6-da ölkənin şərqində azı 15 nəfər "Demokratik Qüvvələr İttifaqı" terror qruplaşmasının silahlıları tərəfindən öldürülüb. Məlumata görə, Şimali Kivu əyalətində, Beni ərazisində iki hücum edilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də