Pandemiya ərzində dünyada COVID-19-dan ölüm hallarının sayı 4 milyon 500 mini ötüb.
RegionTV.info xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikasından məlumat verilib.
Məlumatlara əsasən, təhlükəli virusdan ölümlərin ən böyük sayı ABŞ-da qeydə alınıb - 653 405. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb - 578 396 ölüm. Həmçinin dünyada koronavirusdan ölüm sayına görə Hindistan (437 403) üçüncü, Meksika (257 150) dördüncü, Peru (198 115) beşinci, Rusiya (180 840 ölüm) altıncı, Böyük Britaniya (132 243) yeddinci, İndoneziya (131 372) səkkizinci, İtaliya (129 002) doqquzuncu, Kolumbiya (124 648) onuncu, Fransa (114 083) on birinci, Argentina (111 270) on ikinci, İran (105 287 ölüm) on üçüncü yerdədir.
Xəbəri paylaş