Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan Monteneqro Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqroya səfər edib.

RegionTV.info  xəbər verir ki, Ərdoğan səfər çərçivəsində Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşüb.

Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

Tərəflər birgə mətbuat konfransı keçiriblər.

“Monteneqronun NATO-ya üzv kimi daxil olmasına güclü dəstək vermişik. Bu ölkənin Avropa İttifaqına da üzv olmasının sülh və rifaha töhfə verəcəyinə səmimiyyətlə inanırıq. Türkiyə həmçinin Monteneqronun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Görüşmədə ikitərəfli münasibətlərimizi daha da irəliyə aparmaqla bağlı qərar verdik. Türkiyə Monteneqroya yatırım edən ilk 10 ölkə arasındadır. 250 milyon dollarlıq bir hədəf də qoymuşuq. Müzakirələrdə həmçinin Balkanları və ölkələrimizi maraqlandıran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - Ərdoğan söyləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də