"Uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Salmanov 80 yaşında vəfat edib".
RegionTV.info xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yayıb.
Bildirilir ki, bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər idi.
“S.Salmanov “Şöhrət” ordeni ilə və bir sıra digər dövlət mükafatları ilə təltif olunmuş, “Azərbaycan SSRİ-nin neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülüb. Zəngin təcrübəyə, yüksək təşkilatçılıq bacarığına və insani keyfiyyətlərə malik rəhbər işçi, peşəsinin vurğunu kimi neftçilərin dərin rəğbətini qazanmış Söhrab Salmanovun əziz xatirəsi bütün neft-qaz sənayesi işçilərinin və onu tanıyanların qəlbində daim yaşayacaqdır”, - deyə məlumatda qeyd edilib.
Xəbəri paylaş